XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2020 - 13:06

Oqtay Şirəliyev türkiyəli həmkarı ilə telefonla danışıb

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Səhiyyə naziri Oqtay Şirəliyevə telefon zəngi edib. 

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, Türkiyənin Səhiyyə naziri  Fəxrəddin Qoca Ermənistanın Azərbaycan torpaqlarına hücumunu və dinc əhalini atəşə tutmasını qınayıb və işğalçı Ermənistanın Azərbaycana terrorçu, xain  təcavüzü nəticəsində həlak olan  şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Türkiyəli nazir Azərbaycana hər bir tibbi ehtiyacda yardım etməyə hazır olduqlarını qeyd edib.

Səhiyyə naziri Oqtay Şirəliyev də öz növbəsində türkiyəli həmkarına minnətdarlığını bildirərək, qardaş Türkiyəyə daimi dəstəyinə görə təşəkkür edib.

Əməkdaşlıq əlaqələri nazirliklərin aidiyyəti qurumları səviyyəsində davam etdirilməkdədir.