XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2020 - 13:24

Sabah hava necə olacaq? –Proqnoz

Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Strateq.az-a verilən məlumata görə, sabah cənub-şərq küləyi əsəcək.  Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 15-17, gündüz  22-25 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz  olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 12-17, gündüz 23-28, dağlarda gecə 7-11, gündüz  13-16 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 30-u, oktyabrın 1-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.