XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

24 Mart 2016 - 09:15

İrandakı səfirimiz Ərdəbildə şah İsmayıl Xətainin qəbriniziyarət edib

cavansir sefir

 

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov Ərdəbil şəhərində Şeyx Səfiyəddin Ərdəbilinin tarixi kompleksini və Ərdəbilin antropologiya muzeyini ziyarət edib.

Strateq.az İRNA-ya istinadən bildirir ki, səfir ortaq mədəni irs qarşılıqlı münasibətlərin genişlənməsində böyük rola malik olduğunu vurğulayıb: “Ortaq mədəni irs Tehran-Bakı münasibətlərinin daha da genişlənməsinə öz töhfəsini verir”.

Cavanşir Axundov Ərdəbilin İran ilə Azərbaycan Respublikası arasındakı münasibətlərin inkişafındakı rolunu önəmli adlandırıb.

Səfir Azərbaycan prezidentinin 23 fevral Tehran səfəri zamanı iki ölkə arasında 11 əməkdaşlıq sazişinin imzalanmasına toxunaraq, dəmir yolu xəttinin və turizm infrasturukturunun inkişaf etdirilməsinin iki ölkə əlaqələrinin inkişafındakı xüsusi əhəmiyyətinə təkid edib.

Azərbaycan Respublikasının İrandakı səfiri Ərdəbil şəhərinin tarixi və mədəni əhəmiyyətini xüsusi qeyd edərək deyib: “Azərbaycan Respublikası vətəndaşlarının çoxu İrana səfər edərkən ilk öncə Ərdəbilə və ümumdünya Şeyx Səfiəddin Ərdəbili kompleksinə baxış keçirirlər”.

 

seyx sefi