XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2020 - 22:19

Ömər Çelik:"Azərbaycan öz ərazisinin müdafiə haqqına malikdir"

“Azərbaycan və Türkiyə eyni kədərə, eyni gələcəyə, eyni dəyərlərə sahib iki ölkədir”.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib.

“Azərbaycan ərazisini müdafiə etmək haqqına malikdir. Qarabağ bölgəsi Azərbaycan torpağıdır. Ermənistan orada işğalçıdır. Ermənistanın mülki obyektlərə hücum etməsi beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır. Beynəlxalq ictimaiyyət Ermənistanı qınamalıdır”, – Ö.Çelik vurğulayıb.