XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2020 - 18:24

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb- Rəsmi

“Hazırda ali təhsil müəssisələrində internetlə bağlı problem olduğu üçün çətinliklər yaşayırıq”.

“Report” xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, univesitetlərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb: “Plana uyğun olaraq, bu təqvim ilinin sonuna qədər distant təhsilin verilməsi nəzərdə tutulur. Bu il tələbə adını qazananlar oktyabrın 1-dən etibarən ali təhsil müəssisələrində müraciət edə bilərlər. Onların ali təhsil məsələləri ilə tanışlığı təmin ediləcək”.