XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2020 - 19:03

Füzuli və Ağcabədi rayonlarında baş verən yanğınların qarşısı alınıb- FHN

Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq Azərbaycanın mülki əhalisinə qarşı artilleriya hücumlarını davam etdirir. Şanlı ordumuzla döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən düşmən Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan yetirir.

Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, mənfur əməllərini davam etdirən Ermənistan silahlı qüvvələrinin sentyabrın 30-da atdığı mərmi nəticəsində Füzuli rayonunun Cocuq Mərcanlı kəndində yerləşən “Oba” marketdə yanğın baş verib. Əraziyə cəlb olunmuş FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində marketin bir hissəsi yanğından mühafizə edilib.

Ağcabədi rayonunun Qaradolaq kəndində təsərrüfat sahəsi qismən yanıb, yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Ağcabədi rayonunun Arazbar kəndində təsərrüfat obyektinə mərmi düşməsi nəticəsində isə obyektin bir hissəsi yanıb, qalan hissə yanğından mühafizə olunub.