XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2020 - 23:24

Nazir:"Bir dərsi iki dəfə keçmək müəllimlərin əməkhaqqına təsir göstərməyəcək"

“Şagirdlər iki yarımqrupa bölündüyü halda bir dərsi iki dəfə keçmək zərurəti həmin müəllimlərin əməkhaqqına təsir göstərməyəcək”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Təhsil nazir Emin Əmrullayev deyib.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu isə bildirib ki, uyğunlaşdırılmış tədris planı müəllimlərdə izafi dərs yükü yaranmaması üçün hazırlanıb: “Tutaq ki, VII sinifdə 35 saat dərs nəzərdə tutulub. Müəllim bunun 15 saatı bir yarımqrupa, 15 saatını isə digər yarımqrupa deyir. Yerdə qalan 5 saat isə distant formada tədris olunur. Bütün təhsil səviyyələri üzrə hazırlanmış dərs cədvəllərində bu nəzərə alınıb. 1 saat olsun belə müəllimin izafi dərs yükü yaranmır. Burada itirən yarımqruplar halında oxuyan siniflərdir. Orada siniflər yarımqruplara bölünür və uşaq 4 saat riyaziyyat dərsi öyrənəcəkdisə, 2 saat öyrənir. Amma 2 saat üçün müəllimlərə planlaşdırma nümunələri paylamışıq. Orada 2 saat ərzində müəllim daha az şagird sayı ilə 2-3 mövzunu öyrədir və uşaqlara bir neçə günlük ev tapşırığı verir. Bununla şagirdlərimizdə müstəqil öyrənmə bacarıqları formalaşdırılır”.