XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2020 - 19:53

“Aqrikon” və “AzNest” şirkətləri Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürüb

İşğal olunmuş ərazilərimizin düşməndən azad edilməsi istiqamətində uğurlu əks-hücum əməliyyatları keçirən Ordumuza sosial layihələri icra edən “Aqrikon” və “AzNest” QSC də öz dəstəyini ifadə edib.

Hər iki şirkət Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min manat vəsait köçürüb.

Şirkətlərin kollektivi təcavüzkar Ermənistan ordusuna sarsıdıcı zərbələr endirən, xalqımıza tarixi Qələbə sevincini yaşatmaq əzmində olan Silahlı Qüvvələrimizlə qürur duyduqlarını bildirirlər.