XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 May 2015 - 12:33

PA rəsmisi sərt danışdı: “Onlar hansısa addımlar atırlar”

Latviya paytaxtı Riqada Avropa İttifaqının Şərq Tərəfdaşlıq ölkələrinin Sammiti işə başlayıb.

Azərbaycanı bu mötəbər tədbirdə Prezident Administrasiyası rәhbәrinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Mәmmәdov, eləcə də xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

N.Məmmədov Riqada Azərbaycandan olan jurnalistlərə açıqlamasında deyib ki, Ermәnistan tәrәfi Dağlıq Qarabağ münaqişәsinin hәlli ilә bağlı ciddi addımlar atmaq iqtidarında deyil vә bunu etmir.

O bildirib ki, Azәrbaycan tәrәfi bununla bağlı hәmişә öz mövqeyini aydın şəkildə ortaya qoyub: “Biz münaqişənin həlli ilə bağlı Minsk qrupunun hәmsәdrlәrini həmişə daha fәal olmağa çağırırıq, onlar isə hansısa addımlar atırlar”.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının qonşuluq və genişlənmə danışıqları üzrə komissarı Yohannes Hahna «Bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq haqqında Saziş» layihəsini təqdim edib(Anspress).