XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2020 - 09:24

İtaliyalı nazir ABŞ Dövlət katibi ilə görüşdə Dağlıq Qarabağdan danışıb

“Azərbaycan və Ermənistan arasındakı təmas xətti boyunca yenidən hərbi toqquşmalardan narahatlığımızı bildirmək istərdim. Dağlıq Qarabağ məsələsi uzun illərdir həllini tapmadan uzanır. Ancaq indi mülki əhaliyə və regional sabitliyə böyük ziyan vuran əlavə hərbi eskalasiyadan qorxuruq. Bu böhran göstərir ki, Minsk qrupu çərçivəsində danışıqları heç bir şərt olmadan yenidən başlamalıyıq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luigi Di Maio ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşdə deyib.

İtaliyalı nazir həmkarları ilə problemin həllinə yönəlik müzakirələr apacağını bildirib: “İtaliya hökuməti problemin ən qısa zamanda həllinin tərəfdardır. Bu barədə yaxın bir neçə gündə Azərbaycan və Ermənistandakı həmkarlarımla da danışacağam”.