XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2020 - 13:20

Millimizin sabiq hücumçusundan Ordumuza dəstək:"İşğal edilmiş torpaqları erməni faşistlərindən azad edəcəyik"!

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev son vaxtlar cəbhə xəttində baş verən hadisələrə biganə qalmayıb.

“Report” xəbər verir ki, veteran hücumçu “Facebook” səhifəsində paylaşım edərək Ordumuza dəstək olub.

Paylaşımda bu sözlər yazılıb: “Biz hamımız birləşərək, bir nöqtəyə vuraraq, Azərbaycanın işğal edilmiş torpaqlarını erməni faşistlərindən azad edəcəyik”!

Qeyd edək ki, Azərbaycan millisində 35 oyun keçirmiş Vadim Vasilyev 2 qol vurub. O, karyerası ərzində “Neftçi”, “Qarabağ”, “Bakı”, “Olimpik” və “Karvan” kimi komandaların da formasını geyinib.