XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2020 - 17:45

Yaponiya Dağlıq Qarabağda vəziyyətlə bağlı bəyanatla çıxış edib

Yaponiya hökuməti Dağlıq Qarabağda münaqişə tərəflərini hərbi qarşıdurmanı dayandırmağa və danışıqlar masasına oturmağa çağırır.

Trend-in məlumatına görə, bunu Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato deyib.

O bildirib ki, rəsmi Tokio tərəfləri təmkinli davranmağa və dialoqa başlamağa çağırıb:

“Yaponiya hökuməti regionda baş verən və dinc sakinlər arasında qurbanlara səbəb olan hərbi toqquşmalarla əlaqədar ciddi narahatdır. Biz hadisələrin inkişafını diqqətlə izləməyi davam etmək niyyətindəyik”.