XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2020 - 15:04

Ermənistan ordusu Səfikürd kəndini iriçaplı silahlardan atəşə tutub –İki evə ciddi zərər dəyib

Bu gün səhər saatlarından Ermənistan ordusu Goranboyun daha bir yaşayış məntəqəsini – Səfikürd kəndini iriçaplı silahlardan atəşə tutub.

Xəbərə görə, nəticədə kənd sakini Həqiqət Cəfərnicatinin və Vidadi Yusifovun evlərinə raket mərmisi düşüb. Evlərdən biri tamamilə dağılıb, digəri isə yarasız vəziyyətə düşüb.

Səfikürd kənd orta məktəbi və kənd icra nümayəndəliyinin binası da zərər görüb/APA.