XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2020 - 19:10

Düşmənin atdığı top Goranboyun Yenikənd kənd sakininin evinə düşüb –FOTOLAR

Ermənistan ordusu Goranboy rayonunun yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir.

Düşmənin atdığı top mərmisi rayonun Yenikənd kəndində Seymur Mustafayevin evinə düşüb. Evə ciddi ziyan dəyib.

Ev sahibinin qardaşı Səbuhi Mustafayev Azərtac-a bildirib ki, hadisə səhər saatlarında baş verib. Ev və içindəki əşyalar yararsız hala düşüb. “Xoşbəxtlikdən evdə olan qardaşım həyətdə imiş. Ermənilər kəndi hədəf alırlar. Özü də ancaq mülki əhalini. Atılan bəzi raketlər partlamayıb. Düşmənin fikri sakinləri qorxutmaqdır. Amma kənddən heç kim çıxası deyil. Hamı öz evindədir. Çünki biz düşməndən qorxmuruq”.

Kənd sakini Əkbər Abdullayev də kənddə heç kimin öz evini tərk etmədiyini bildirib. “Düşmənin atdığı mərmilərdən qorxmuruq. Özüm bu ərazilərdə beş il döyüşmüşəm. Hazırda da doğma kəndimdəyəm. Ermənilərin atdığı top qohumumun evinə düşüb. Həmin vaxt evdə kimsə olmayıb. Ermənistan ordusu kəndi atəşə tutmaqda davam edir. Amma buna baxmayaraq, kəndimizi qoyub heç yana getmirik, Azərbaycan Ordusuna güvənirik”.

Ermənilərin ancaq mülki şəxsləri atəşə tutduğunu deyən Ə.Abdullayev qeyd edib ki, düşmən Azərbaycan əsgəri ilə döyüşə girməkdən qorxur deyə, sakinləri hədəf alır. “Ordumuzun döyüş ruhu yüksəkdir. Düşmənə layiqli cavab verir. Azərbaycan əsgəri ilə fəxr edirik”, – deyə o, vurğulayıb.