XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2020 - 23:57

Avropa Liqası: “Qarabağ” növbəti dəfə tarix yazdı –Ağdam klubu qrup mərhələsinə vəsiqə qazandı

Bu gün Polşada UEFA Avropa Liqasının pley-off oyunu çərçivəsində “Legiya” öz meydanında Azərbaycanın “Qarabağ” komandasını qəbul edib.

Strateq.az xəbər verir ki, Varşavadakı “Wojska Polskiego” stadionunda baş tutan oyyunda ilk hissə qolsuz başa çatıb.

İkinci hissənin 50-ci dəqiqəsində isə “Qarabağ”lı Patrik Andrade hesabı açıb – 0:1.

62-ci dəqiqədə Abdullah Zubir meydan sahiblərinin müdafiəçilərini təkbaşına keçərək, fərqi artırıb – 0:2.

70-ci dəqiqədə isə Filip Ozobiç 3-cü qolu “Legiya”nın qapısından keçirib – 0:3.

Beləliklə, oyun bu hesabla başa çatıb və “Qarabağ” növbəti dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.