XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2020 - 10:17

Gürcüstanda torpaq sürüşməsi baş verib –5 nəfər ölüb

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Xelvaçauri rayonunun Kveda Coço kəndində torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb.

Bu barədə Gürcüstanın İctimai televiziyası yerli sakinlərə istinadən məlumat yayıb. Bildirilib ki, həlak olanların 3-ü yaşadığı evdə, 2-si isə avtomobilində olduğu vaxt 200 metr yüksəklikdən düşən torpaq kütləsinin altında qalıb. Hazırda Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətinin xilasetmə bölmələrinin ərazidə axtarış xilasetmə tədbirlərini davam etdiyi bildirilir. (apa)