Rusiya prezidenti Vladimir Putinin nadir fotolarının əks olunduğu yeni idman köynəkləri kolleksiyası satışa çıxarılıb. Bu kolleksiyadan olan idman köynəkləri bu gündən etibarən Moskva Mərkəzi Univermağında satılır.
Bu layihə “Rusiyanın ürəyi” İctimai Hərəkatı və “Dobroserdie” Fondu tərəfindən təşkil olunub.
Köynəklərin satışından əldə olunan gəlirlərin bir hissəsi yol-nəqliyyat qəzasında xəsarət alan 11 yaşlı Nataşa Krivoşeyevanın müalicəsi üçün xərclənəcək .
İdman köynəklərində V.Putinin indiyə qədər KİV-də yayımlanmayan şəkilləri əks olunub.
Strateq.az