XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2020 - 15:59

Orfoepiya Komissiyası üzrə İşçi qrupu yaradılıb –AMEA

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilinin orfoepiya lüğəti” çapa hazırlanır.

Bununla əlaqədar Orfoepiya Komissiyası və onun nəzdində İşçi qrupu yaradılıb.

AMEA-dan bildirilib ki, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Orfoepiya Komissiyasının sədri seçilib.

Komissiyanın nəzdində fəaliyyət göstərən İşçi qrupunun üç iclası keçirilib. İclasda orfoepiya normaları müzakirə olunub. Orfoepiya normaları lüğəvi, qrammatik və qrafik şəraitdə tələffüzə əsaslanıb. Normalara bir sıra yeniliklər də daxil edilib.