XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 October 2020 - 19:47

“Qarabağ”:"İsrail klubu ilə eyni qrupda yer almaqdan qürur duyuruq"

“Qarabağ” UEFA Avropa Liqasının I qrupunda qarşılaşacaqları İsrailin “Makkabi” klubuna müraciət ünvanlayıb. 

Bu barədə Ağdam təmsilçisinin rəsmi “Facebook” səhifəsində paylaşım edilib.

Paylaşımda “Hər zaman ərazi bütövlüyümuzu dəstəkləyən bir ölkənin komandası ilə eyni qrupda yer almaqdan qürur duyuruq” yazılıb.

Qeyd edək ki, “Qarabağ” “Makkabi” ilə yanaşı, Türkiyənin “Sivaspor” və İspaniyanın “Vilyarreal” klubları ilə eyni qrupda mübarizə aparacaq.