XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2020 - 23:04

Füzuli rayonu ərazisinə mərmi düşüb –Otlaq sahələrində yanğın baş verib

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir.

Düşmənin növbəti dəfə atdığı top mərmilərdən biri Füzuli rayonun ərazisində yerləşən və bir neçə kəndin ərazisinə yaxın olan otlaq sahələrinə düşüb.

Nəticədə həmin ərazilərdə güclü yanğın baş verib.

Kənd sakinləri bildiriblər ki, düşmənin təxribatı nəticəsində onların fərdi yaşayış evləri, təsərrüfatları və otlaq sahələri ziyan görüb. (report)