XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2020 - 00:14

“Fransanın olduğu yerdə sülh və əmin-amanlıq yoxdur”- Əlcəzairli professor

Əslində Fransa olduğu yerdə sülh və əmin-amanlıq yoxdur.

Bunu Trend-ə tanınmış əlcəzairli jurnalist, siyasi elmlər professoru Məhəmməd Dxuş deyib.

O, tarixən Fransanın vasitəçi olduğu hər hansı bir qarşıdurmanın daha da kəskinləşdiyini qeyd etdi.

“Tarix Fransanın vasitəçi kimi qatıldığı hər hansı bir qarşıdurmanın əvvəlcədən daha da inkişafa məhkum olduğunu təsdiqləyir. Fransanın iştirakı münaqişələrin böyüməsinə səbəb olur, çünki Fransa heç vaxt bitərəf qalmır. O, mütləq kiminsə tərəfini saxlayır, daha doğrusu, Fransanın marağında olan tərəfin”, – professor deyib.

Professor qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi məsələsində Fransa ideoloji baxımdan neytral görünməyə çalışsa da, Ermənistanı siyasi cəhətdən dəstəkləyir, və bu tamamilə qəbuledilməzdir.

“Bildiyiniz kimi, Azərbaycan və Türkiyə bölgədə mühüm tərəfdaşlardır və heç bir ölkənin bu ittifaqı sorğu-suala tutmaq hüququ yoxdur. Əlcəzairdə olmağımıza baxmayaraq, Fransanın bütün səylərinin bölgədəki vəziyyəti pozmağa yönəldiyini çox yaxşı anlayırıq”, – mütəxəssis bildirib.

“Hər kəs Fransanın Malidə nə etdiyini gördü. Görürük Fransa Aralıq dənizində sırf enerji maraqlarına görə nələr edir. Və əslində Azərbaycandakı qardaşlarımıza qarşı Ermənistanı dəstəkləyən yeni bir cəbhə açıb. Fransa heç vaxt sülh mənbəyi olmayıb və olmayacaq da”, – professor bildirib.

Onun sözlərinə görə, müstəmləkə-metropolu ideologiyası Fransa siyasətində ortadan qaldırılana qədər bu ölkə belə olacaq.