ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker şənbə günü Türkiyəyə səfər edəcək.
Bunu Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Səfər oktyabrın 3-dən 5-dək davam edəcək. F. Riker Ankara və İstanbul şəhərlərində olacaq.
“Riker ABŞ-ın NATO-dakı müttəfiqimizlə əlaqələri inkişaf etdirmək üçün türkiyəli həmkarları ilə görüşəcək, həmçinin Şərqi Aralıq dənizi və Qafqazdakı vəziyyəti müzakirə edəcək”./Report