XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2020 - 15:00

Oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb- Rəsmi

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il oktyabrın 1-dək 120.106.408,24 AZN, 218.680,68 ABŞ dolları, 18.341,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, sentyabrın 1-dən oktyabrın 1-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 6.691.593,07 AZN və 5102.8 ABŞ dolları vəsait daxil olub.

Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.