XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

21 May 2015 - 13:42

Hacıbala Abutalıbov “Balıq Hafiz”i söydü və hədələdi: “Dəlidir, axmağın biridir”

hacibala hafiz.jpg

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin ona qarşı irəli sürdüyü ittihamlara cavab verib.

Bakı meri H.Abutalıbov Publika.az-a açıqlamasında deyib ki, Hafiz Hacıyev nə dediyini özü də anlamır: “Mən o adamın nəyinə cavab verim? Hafiz Hacıyev dəlidir, axmağın biridir. Mən indi bu barədə onunla danışacam!”.
Xatırladaq ki, bu gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev paytaxtın Azadlıq prospektində yanan binaya görə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu ittiham edib: “Hacıbala müəllim bilmir ki, onu gətirən kimdir? Bəyəm xəbəri yoxdur binalara hansı materiallar vurulur? çox gözəl bilir. Sadəcə olaraq, özünü bilməzliyə vurur”.