XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2020 - 16:02

“Azərişıq” ASC-nin rəhbərliyi bir aylıq maaşını Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Ölkənin ərazi bütövlüyü uğrunda aparılan müharibəyə dəstək məqsədiylə “Azərişıq” ASC-nin rəhbər heyəti bir aylıq maaşlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

Bu barədə APA-ya ASC-dən bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.