XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2020 - 16:34

TÜRKSOY-un baş katibi Ermənistanın hərbi hücumları ilə bağlı bəyanat verib

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Düsen Kaseinov Ermənistan işğalçı hərbi birləşmələrinin Azərbaycana qarşı yeni hücumları ilə bağlı bəyanat verib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, baş katib bəyanatında Azərbaycanın işğal olunmuş ərazilərində artan gərginlik və silahlı qarşıdurmalar zamanı mülki şəxslərin həlak olmasından dərin kədər hissi keçirdiyini ifadə edib.

O, problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, xüsusilə də BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş və Azərbaycanın ərazi bütövlüyünün bərpasını nəzərdə tutan məlum dörd qətnamə üzrə həll olunmasının vacibliyini vurğulayıb.

D.Kaseinov Türk dünyası mədəniyyət və sənət adamları adından Azərbaycan müqəddəs tarixi torpaqlarındakı müharibənin sülh və əmin-amanlıqla əvəz olunmasını və bəşəri dəyərlərin yenidən çiçəklənməsini arzulayıb.

Baş katib döyüşlərdə həyatını itirən Vətən övladlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyib.