XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 October 2020 - 19:32

“Ermənistan Müdafiə Nazirliyi tərəfindən kifayət qədər saxta məlumat paylaşılır”- Prezidentin köməkçisi

“Ermənistan Müdafiə Nazirliyi tərəfindən kifayət qədər saxta məlumatlar paylaşılır. Onların əksəriyyəti fotoşopdur. Onlardan bir neçəsini artıq ifşa etmişik”. 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, guya İrəvan səmalarında dronlar uçurdu, o da fotoşop idi.

Prezidentin köməkçisinin sözlərinə görə, sonradan həmin görüntülərin media və sosial şəbəkələrdən silinməsi ilə bağlı göstəriş verilib: “Media nümayəndələrimizə müraciət edirik ki, məlumatlara həssaslıqla yanaşsınlar və yalanları ifşa etsinlər. Sözügedən fotoşopları asanlıqla aşkarlamaq mümkündür”.