XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2020 - 12:09

Sabah hava necə olacaq? –PROQNOZ

Milli Hidrometeorologiya Xidmətindən Strateq.az-a verilən məlumata görə oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 21-24, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 769 mm civə sütununa
yüksələcək, nisbi rütubət 60-70 faiz olacaq.

Oktyabrın 5-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 13-17, gündüz 18-23, dağlarda gecə 2-6, gündüz 8-11 dərəcə isti olacaq.