XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2020 - 15:55

Gürcüstanda Azərbaycana növbəti dəstək aksiyası keçirilib:"Qarabağ Azərbaycandır!"

Gürcüstanın paytaxtı Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində Azərbaycana dəstək aksiyası keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, aksiya 20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsinə ucaldılan abidənin önündə təşkil olunub.

Aksiyada qəsəbə sakinləri ilə yanaşı Tbilisi, Marneuli və digər bölgələrdən olan soydaşlarımız da iştirak ediblər.

Onlar Azərbaycan dövləti və Ordusuna dəstək şüarları səsləndiriblər. İştirakçılar əllərində Azərbaycan, Türkiyə, Gürcüstan bayaqları və üzərilərində “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan-Gürcüstan dostluğu” sözləri yazılan plakatlar tutublar.

Çıxış edənlər Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarını, mülki insanları və yaşayış məntəqələrini hədəfə almasını, Gəncə şəhərinin atəşə tutmasını kəskin qınayıblar.