XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2020 - 14:44

Nazirliyin kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb.

ETSN-in mətbuat xidmətindən bildiriblər ki, nazirliyin kollektivinin könüllü olaraq göstərdiyi yardım davam etdirilir.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.