XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2020 - 16:33

Madagiz kəndi Suqovuşan adlandırılacaq- Məsələ MM-in sabahkı iclasının gündəliyinə salınıb

Tərtər rayonunun Madagiz kəndi Suqovuşan adlandırılacaq.

Bu məsələ Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.

“Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi parlamentin sabahkı iclasında müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndinin Suqovuşan adlandırılması təklif olunur.

Qeyd edək ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatı nəticəsində Madagiz kəndi erməni işğalçılarından azad edilib.

Azərbaycan Prezidenti İlham Əliyev Madagiz kəndinin Suqovuşan adlandırılmasına qərar verdiyini açıqlayıb.