XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2020 - 19:54

Ukraynadakı soydaşlarımız rəsmi Kiyevi Azərbaycanı dəstəkləməyə çağırıb

İşğalçı Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu Azərbaycana genişmiqyaslı hücumu Ukraynada yaşayan soydaşlarımızın hiddətinə səbəb olub.

Diaspora İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, “Ukrayna Azərbaycanlıları Radası” İctimai Birliyi Ukrayna Prezidenti Vladimir Zelenskiyə, Ukrayna Ali Radasına və digər müxtəlif dövlət qurumlarına, Ukraynada fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciət ünvanlayıb.

Müraciətdə işğalçı dövlətin 27 sentyabr tarixindən başlayan genişmiqyaslı təxribatı ilə bağlı ətraflı məlumat verilib. Ermənistan qoşunlarının Dağlıq Qarabağda qalmasının Cənubi Qafqaz regionunda sülhə və sabitliyə ciddi təhlükə olduğu, baş verənlərə görə bütün məsuliyyətin beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşdüyü bildirilib.

Soydaşlarımız Ukrayna rəhbərliyini, beynəlxalq hüquq normalarına uyğun olaraq, ərazi bütövlüyü və mülki vətəndaşların təhlükəsizliyinin təmin olunması uğrunda əks-hücuma keçən Azərbaycan dövlətini dəstəkləməyə çağırıb.