XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2020 - 18:22

Azərbaycanın Gürcüstandakı səfiri:“Ermənistan hərbi avantüra yolunu seçib”

“Azərbaycan Ordusu beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərində Vətənin azad olunması uğrunda savaşır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev “Kviris Palitra” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırkı eskalasiyaya səbəb Ermənistanın növbəti hərbi təxribatı olub: “30 ilə yaxındır Ermənistanın hərbi birləşmələri Azərbaycanın işğal olunmuş ərazilərində dislokasiya edilib. Onlar ağır texnikalardan yalnız Azərbaycanın hərbi mövqelərinə deyil, mülki əhaliyə də atəş açırlar”.

F.Quliyev 30 il ərzində Ermənistanın Azərbaycana qarşı aqressiv və işğalçı siyasət apardığını bildirib: “Ədaləti bərpa etməyin vaxtı yetişib. Erməni işğalçı qüvvələri Azərbaycan ərazilərini tərk etməlidirlər. Hazırda işğalçı ordu Azərbaycanın Silahlı Qüvvələri tərəfindən layiqli cavabını alır”.

Səfir Gürcüstanın baş naziri Giorgi Qaxarianın münaqişə tərəflərinin Tbilisidə görüşünün təşkili ilə bağlı təklifinə də münasibətini açıqlayıb: “Əgər Ermənistan hərbi qoşunlarını Azərbaycan ərazisindən çıxarsa, biz danışıqlara hazırıq. Bu həm Azərbaycan xalqının iradəsi, həm də dövlətin mövqeyidir”.