XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2020 - 20:15

AZAL:Ermənistan mülki hava gəmiləri üçün ciddi təhlükə yaradır

Ermənistan silahlı qüvvələri son günlər ərzində uzaq məsafəli təsir radiuslu raketlər tətbiq etməklə Azərbaycanın ərazisini intensiv atəşə tutmaqda davam edir ki, bu da Azərbaycanın hava məkanından keçməklə beynəlxalq uçuşlar həyata keçirən mülki hava gəmiləri üçün ciddi təhlükə yaradır.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildirilib.

Qeyd olunub ki, Ermənistanın mülki obyektlərə hücumu beynəlxalq humanitar hüquq normalarını, xüsusilə, Cenevrə Konvensiyasının müddəalarını kobud şəkildə pozur. Bu hücumlar Ermənistan tərəfindən dövlət səviyyəsində terror aktlarının həyata keçirildiyini bir daha təsdiq edir.

“Ermənistan tərəfinin qanunsuz hərəkətləri bizi ciddi narahat edir və bütün dünya ictimaiyyətini Ermənistanı bütün beynəlxalq qayda və normalara zidd olan bu cür addımlardan çəkindirməsinə çağırırıq”, – deyə AZAL-dan bildirilib.