XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 08:18

Müdafiə Nazirliyi:"Düşmənin 2 ədəd “Qrad”ı və topları sıradan çıxarılıb"

Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad”ı sıradan çıxarılıb.

Məlumatı Müdafiə Nazirliyi yayıb.

41-ci artilleriya alayının atəş mövqelərində dayanan “Qrad”lar Azərbaycan Ordusunun atəş zərbəsi ilə məhv edilib.

Bundan əlavə, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin sərrast atəşi ilə məhv edilib.