XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 09:51

Türkiyə XİN:“Kanada Dağlıq Qarabağ problemi bəhanəsi ilə Türkiyəyə ikili standartla yanaşır”

“30 ildir Ermənistanın işğalında qalan torpaqları uğrunda Azərbaycanın apardığı mübarizəyə Türkiyənin guya bəzi hərbi vasitələrlə dəstək göstərməsi iddiası ilə Kanadanın ölkəmizə bir çox texnologiya avadanlıqlarının ixracını dayandırması onun ikili standartla yanaşmasının sübutudur”.

APA-nın yerli bürosunun məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada belə bildirilib.

Qeyd edilib ki, Yəməndəki böhrana səbəb olan ölkələrə silah ixrac etdiyi üçün BMT mütəxəssislərinin hazırladığı hesabatlarda da tənqid olunan Kanada bu hərəkətini regional təhlükəsizliyə töhfə kimi izah etdiyi halda NATO müttəfiqi Türkiyəyə  bəzi məhsulların ixracatını bloklamasını şərh etməlidir: “Kanada, xüsusən “Barış Bulağı” əməliyyatları başladığımız dövrdən bəri ölkəmizə hərbi maddi ixracat icazələri baxımından müttəfiqlik ruhuna uymayan bir şəkildə əngəllər yaradır və əməkdaşlıqdan uzaq davranış nümayiş etdirir. Türkiyə hərtərəfli ixrac nəzarəti rejiminə malikdir və sözügedən rejimdən irəli gələn vəzifələrini də ciddi şəkildə yerinə yetirir”.

Açıqlamada daha sonra bildirilib ki, Türkiyə Kanadadan ikili standartlardan uzaq siyasət yürütməsini gözləyir: “Kanadaya Türkiyə əleyhinə olan çevrələrin təsiri altında qalmamasını və kiçik siyasi mənfəətlərinin badına getməməsini tövsiyə edirik”.

Qeyd edək ki, Türkiyədə istehsal olunan İHA və SİHA havadan müdafiə vasitələrində istifadə olunan kamera sistemləri Kanada şirkətlərindən ixrac edilir.

Kanadanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda istifadə etdiyi iddiaları ilə Türkiyəyə bu kamera sistemlərinin ixracatını dayandırmaqla bağlı bəyanat yayıb.