XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 17:24

Türkiyə PUA-larının Kanada texnologiyasına ehtiyacı varmı?

Türkiyənin ASELSAN müdafiə sənayesi şirkəti “ANKA” zərbə PUA-ları üçün yeni texnologiya hazırlayır.

“Report” xəbər verir ki, söhbət gecə-gündüz çəkiliş etmək imkanına malik olan “Cats HD” kamera sistemlərindən gedir.

Məlumata görə, hazırda “Cats HD” hazırlanma prosesindədir.

Qeyd olunub ki, hələ uçuş sınaqları 2 il öncə yekunlaşan və daha qabaqcıl xüsusiyyətləri əldə etməsi üçün üzərində işlər aparılan kamera sistemləri yaxın zamanda Türkiyə istehsalı PUA-larda öz əksini tapacaq.

Beləliklə, Türkiyə texnologiya sahəsində daha bir xarici asılılıq amilini ortadan qaldıracaq.

Xatırladaq ki, ötən gün Kanadanın Xarici İşlər naziri Fransua-Filipp Şampan Türkiyəyə hərbi texnologiyanın ixracına icazəni dayandırmışdı. Bildirilib ki, buna səbəb həmin texnologiyanın Dağlıq Qarabağ münaqişəsində istifadəsi olub. Xarici KİV-də gedən məlumata görə, söhbət Türkiyənin zərbə PUA-larında istifadə olunan Kanadanın “Wescam” şirkətinin kamera sistemlərindən gedir.

Türkiyə Xarici İşlər Nazirliyi Kanadanın bu qərarına belə cavab verib:

“Ölkəmizə bəzi hərbi avadanlığın ixracının dayandırması Azərbaycanın 30 ildir Ermənistanın işğalı altında olan torpaqlarını azad etmək üçün haqlı mübarizəsinə Kanadanın göstərdiyi ikili standart yanaşmasının nümunəsidir”.