Dövlət Gömrük Komitəsi (DGK) işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna pul vəsaiti köçürüb.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azərtac-a bildirilib ki, komitənin əməkdaşları könüllü olaraq əməkhaqlarından 1 milyon manat Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.
Gömrük Komitəsinin kollektivi əmindir ki, yenilməz Azərbaycan Ordusu qələbə qazanacaq!
Qarabağ Azərbaycandır!