XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 17:13

AMEA:"Mərkəzi Elmi Kitabxananın kitab balansında çatışmazlıqlar var"

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan bildirilib ki, AMEA Rəyasət Heyətinin 29 sentyabr tarixli iclasında akademik Gövhər Baxşəliyevanın sədrliyi ilə Yoxlama Komissiyasının yaradıldığını və Mərkəzi Elmi Kitabxanada (MEK) ilkin yoxlamaların aparıldığını diqqətə çatdırıb.

Gövhər Baxşəliyeva ilkin yoxlamaların nəticələri barədə Rəyasət Heyətinin üzvlərinə məlumat verib. Diqqətə çatdırıb ki, MEK Azərbaycanın tarixinə dair sanballı əsərlər saxlanılır və onlar xalqımızın milli-mənəvi sərvəti olduğundan qorunması zəruridir. Akademik 2014-2019-cu illəri əhatə edən materiallarla tanışlıq zamanı bir sıra nöqsanların aşkarlandığını, ötən illər ərzində kitabların kataloqlaşdırılmasının zəif aparıldığını, bəzi nəşrlərin nəmişlik şəraitində qalaraq sıradan çıxdığını, həmçinin MEK-in kitab balansında çatışmazlıqların mövcudluğunu diqqətə çatdırıb.

Dünyanın bir çox aparıcı kitabxanalarında tədqiqatlar apardığını deyən G. Baxşəliyeva həmin yerlərdə peşəkar xidmətlərin göstərildiyini və AMEA MEK-in səviyyəsinin də bu mərhələyə qaldırılmasının zəruriliyini bildirib. Həmçinin qurumun kadr potensialına ciddi diqqət yetirilməsinin, kitabxanaçılıq ixtisaslı peşəkar şəxslərə üstünlük verilməsinin, MEK-dəki nəşrlərin kataloqunun çap edilməsinin zəruriliyini söyləyib.

Daxili nəzarət və audit şöbəsinin müdir müavini Mehparə Kəlbəliyeva aparılan yoxlama barədə məlumat verib. Qeyd olunub ki, yoxlamaların əhatə etdiyi dövrdə bir çox kitabların inventarlaşması, həmçinin elektron qaydada maliyyə sənədləşməsi zəif aparılıb. Həmçinin indiki MEK rəhbərliyinin fəaliyyəti ilə bağlı ümumi akt tərtib olunaraq Rəyasət Heyətinə təqdim edilib.