XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 23:50

Ermənilər Ağdamda təcili tibbi yardım avtomobilini atəşə tutub –Avtomobilə ciddi ziyan dəyib

Cəbhədə şiddətli döyüşlər davam edir.

Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayon ərazisini yenidən atəşə tutub, dinc sakinləri hədəf alıb.

Düşmənin növbəti dəfə atdığı mərmilərindən biri rayon ərazisində təcili tibbi yardım avtomobilinin yaxınlığına düşüb. Nəticədə avtomobilə ciddi ziyan dəyib.

Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur, araşdırma aparılır.

Hazırda döyüşlər davam edir/Report.