XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 October 2020 - 14:34

Elmar Qasımov erməni rektorla bağlı beynəlxalq təşkilata etiraz məktubu yazıb

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Qara Dəniz Universitetləri Şəbəkəsinin İcraiyyə Komitəsinin üzvü olaraq 2020-2022-ci illərdə Quruma Prezidentlik etməsi üçün namizədliyi irəli sürülmüş Amerika Ermənistan Universitetinin rektoru Karin Markidesin  seçilməsinə qarşı Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş katibi Prof. Eden Mamuta, eləcə də İcraiyyə Komitəsinin üzvlərinə məktub ünvanlayıb. 

Bakı Ali Neft Məktəbindən APA-ya verilən məlumata görə, Elmar Qasımov məktubda bildirib ki, Amerika Ermənistan Universitetinin (AEU) rektoru Karin Markides işğal edilmiş ərazilərimizə qanunsuz səfər edərək Azərbaycan qanunvericiliyini pozmaqla yanaşı, beynəlxalq hüququn norma və prinisiplərinə, eləcə də Qara Dəniz Universitetlər Şəbəkəsinin Nizamnaməsinə hörmətsizlik edib.

“Xanım Markides Qara Dəniz Universitetlər Şəbəkəsinin Nizamnaməsinin 9-cu maddəsində əks olunmuş qurumun prezidentinə dair tələblərə cavab vermir. Belə vəziyyətdə beynəlxalq hüquq normaları və prinsiplərini pozmuş bir şəxsin Qara Dəniz regionunda əməkdaşlığı təşviq edən BSUN kimi nüfuzlu təşkilata prezidentlik etməsi ciddi sual doğurur. Bakı Ali Neft Məktəbinin rektoru və İcraiyyə Komitəsinin üzvü olaraq mən belə bir qanunsuz addıma yol vermiş xanım Markidesin Qara Dəniz Universitetlər Şəbəkəsinin prezidenti seçilməsinə qəti etiraz edir və anlayışınıza ümid edərək sizi bu istiqamətdə bizə dəstək olmağa səsləyirəm” – deyə məktubda qeyd edilib.