XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2020 - 16:54

2 ölkə sərhəd xidməti rəhbərlərinin görüşü –Generaldan açıqlama

Azərbaycan və İran sərhəd xidmətləri rəhbərlərinin görüşü keçirilib.

Strateq.az “Təsnim”ə istinadla xəbər verir ki, bu barədə İslam Respublikası “NAJA” qurumunun komandan müavini general Qasem Rezai məlumat verib.

“Sərhəd bölgəsində Azərbaycan tərəfini təmsil edən şəxslərlə görüşdük və onlara lazımi şərtlərə riayət edilməsi zəruriliyini xatırlatdıq”, – deyə general Rezai bildirib.

Onun sözlərinə görə, söhbətin mövzusu İran-Azərbaycan sərhədində mövcud vəziyyət olub.