XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2020 - 21:13

Baş ravvin:"Biz Azərbaycanda müxtəlif dinlərin və millətlərin mənsubları kimi rahat yaşayırıq"

Azərbaycanda yaşayan Aşkenazi yəhudiləri də oktyabrın 8-də Bakıda yerləşən sinaqoqa yığışaraq ölkəmizin ərazi bütövlüyünün tez bir zamanda təmin olunması uğrunda davam edən gərgin savaşda şanlı ordumuzun qələbəsi üçün dua ediblər. yəhudi həmvətənlərimiz Allahdan müharibənin tezliklə başa çataraq torpaqlarımızın azad olunmasını, əsgərlərin sağ-salamat evə qayıtmasını, ölkəmizdə və bütün dünyada sülhün bərqərar olmasını diləyiblər.

Azərtac xəbər verir ki, mərasimdən sonra jurnalistlərə açıqlama verən Azərbaycandakı Aşkenazi yəhudilərinin Baş ravvini Şneor Seqal yəhudilərin Azərbaycanı çox sevdiyini və onu qorumağın böyük şərəf olduğunu deyib. O bildirib: “Biz Azərbaycanda müxtəlif dinlərin və millətlərin mənsubları kimi rahat yaşayırıq. Biz Azərbaycan üçün savaşan hər bir əsgərə dualar etdik, Tanrıdan mütləq qələbələr arzuladıq. İnanırıq ki, növbəti mərasimi Şuşada keçirəcəyik”.