XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 October 2020 - 00:32

“Şaxtyor”un 18 üzvündə koronavirus aşkarlandı:"Yoluxanların yarısı futbolçulardır"

Ukraynanın “Şaxtyor” (Donetsk) komandasının 18 nümayəndəsinin koronavirus testi müsbət çıxıb.

Məlumata görə, bu barədə klubun baş direktoru Sergey Palkin açıqlama verib.

O bildirib ki, yoluxanların yarısı futbolçular, yarısı isə əməkdaşlardır. Onların hamısı özlərini təcrid edib.

Qeyd edək ki, daha əvvəl qapıçı Andrey Pyatov və yarımmüdafiəçi Taras Stepanenkonun testi müsbət nəticələnmişdi. Bu səbəbdən, “Şaxtyor” tam tərkibdə özünütəcrid rejiminə keçmişdi. Nəticədə Donetsk komandasının oyunçuları Ukrayna yığmasına yollana bilməmişdilər/Report.