XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2020 - 11:54

Azərbaycanda dilinin orfoepiya qaydalarının layihəsi hazırlanıb –Dilçilik İnstitutunun direktoru

“”Azərbaycan dilinin orfoepiya lüğəti”nin qaydalarının layihəsi hazırdır”. 

Bunu Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. O bildirib ki, layihədə yeniliklər var: “Yeniliklər haqqında hələ deyə bilmərəm, amma çox yaxşı yeniliklər var. Çalışmışıq ki,  tələffüzlə yazılış arasındakı fərq minimuma endirilsin. Amma layihə hələ müzakirə olunmalıdır. Düşünürəm ki, qəbul olunsa,  hamının xeyrinədir. Layihə müəyyən təşkilatlara göndəriləcək. Həmin təşkilatlar layihəyə baxdıqdan sonra öz fikirlərini deyəcəklər”.

Qeyd edək ki, bununla əlaqədar Orfoepiya Komissiyası və onun nəzdində İşçi qrupu yaradılıb. Komissiyanın sədri M. Nağısoylu seçilib. (apa)