XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2020 - 13:19

Sabah hava necə olacaq? –PROQNOZ

Oktyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Strateq.az-a  verilən xəbərə görə, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 19-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 771 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz  40-45 faiz olacaq.  

Oktyabrın 10-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin Böyük Qafqazın bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, duman olacağı  gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 9-14, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz  8-13 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.