XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 October 2020 - 18:07

“Chevron”un Azərbaycandakı nümayəndəliyi ləğv olunur

ABŞ-ın və dünyanın ən böyük enerji və kimya şirkətlərindən biri “Chevron”un Azərbaycandakı nümayəndəliyi ləğv olunur.

Bu barədə İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 11, mənzil 28, 29, 30 ünvanlarına bildirə bilərlər.

Xatırladaq ki, “Chevron” bu ilin aprel ayına qədər “Əsrin Müqaviləsi”də 9,57%, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərində isə 8,9% paya malik olub. Həmin paylar Macarıstanın MOL şirkətinə satılıb.