XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

22 May 2015 - 05:25

Emin Ağalarov konsertin pulunu yanğın qurbanlarına bağışladı – Xəbər
emin.jpg
Bəstəkar-müğənni Emin Ağalarov təqdirəlayiq addım atıb.
ANS PRESS-in məlumatına görə, dünya şöhrətli ifaçı gələn ay Yaşıl Teatrda keçiriləcək konsert proqramından əldə edəcəyi gəliri mayın 19-da Bakıda baş verən dəhşətli hadisədə dünyasını dəyişənlərin ailəsinə verəcəyini bildirib. O, bu barədə “Instagram” və “Facebook” sosial şəbəkələrində olan səhifələrində xəbər verib.
“Dəhşətli faciədir. Həlak olanların ailəsinə başsağlığı verirəm. İyulun 16-da Yaşıl Teatrda xeyriyyə xarakterli konsertim olacaq. Konsertdən gələn gəlirlər yanğında həlak olanların ailəsinə veriləcək. Kömək etmək istəyənlər Azərbaycan Qızıl Aypara Cəmiyyətinə müraciət edə bilər”, – deyə müğənni postunda bildirib.
Qeyd edək ki, Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər dünyasını dəyişib, 50 nəfər isə yaralanıb.