XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 October 2020 - 20:21

“Vilyarreal” – “Qarabağ” matçı azarkeşsiz keçiriləcək –KİV

İspaniya klubları avrokubokdakı matçlarını azarkeşsiz keçirəcək.

“Marca” nəşri xəbər verir ki, hökumət bu barədə UEFA-ya məktub göndərib. Bildirilib ki, ilin sonuna qədər stadionlarda azarekeşlər olmayacaq.

Çempionlar Liqasında İspaniyanı “Real Madrid”, “Barselona”. “Sevilya” və “Atletiko”, Avropa Liqasında isə “Qranada”, “Real Sosyedad” və “Qarabağ”la birlikdə I qrupunda yer alan “Vilyarreal” təmsil edir.

Qeyd edək ki, “Qarabağ” “Vilyarreal”la ilk oyununu oktyabrın 29-da evdə, təkrar qarşılaşmasını isə dekabrın 10-da səfərdə keçirəcək.

Xatırladaq ki, UEFA-nın qərarına əsasən, fanatlar tribunaların tutumunun 30 faizini doldura bilərlər. Lakin bununla bağlı son qərarın yerli hakimiyyət orqanları tərəfindən veriləcəyi bildirilib. (report)