XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 October 2020 - 11:34

ANAMA vətəndaşlara müraciət etdi:"Uşaqlardan xahiş edirik ki..."

“Uşaqlardan xahiş edirik ki, hər hansı mərmi görsələr mütləq valideynlərinə müraciət etsinlər, tanımadıqları obyektə toxunmasınlar. Həmçinin sakinlər də tanımadıqları obyekti gördükdə lazımi qurumlara məlumat versinlər”.

Bunu Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməliyytalar üzrə meneceri Elnur Qasımov deyib.

“Tapıntıların çoxu otlaq sahələrdə olur, mütləq onlara toxunmayın”. /Report.az